Ole BİŞOF: I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün böyük səylər göstərildiyinin şahidi olduq

Avropa Oyunları ilk dəfə keçirildiyindən bu yarışlara maraq getdikcə artır və möhtəşəm idman tədbirinə qatılan hər bir idmançı çempion olmaq arzusunu gizlətmir. Dünyada güclü və mübariz kimi tanınan Almaniyanın adlı-sanlı idmançıları da I Avropa Oyunlarının qızıl medalını almaq iddiasındadırlar.

Almaniya Olimpiya Komitəsindən  bildirilib ki, Azərbaycana gedəcək komandaya Olimpiya və dünya çempionları da daxil edilib. Onlardan biri Azərbaycan cüdoçularına yaxşı tanış olan Olimpiya çempionu Ole Bişofdur.

Ole Bişof yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib ki, mən tatamiyə qalib olmaq üçün çıxıram. Azərbaycana da qızıl medal almaq arzusu ilə gedirəm. O, Azərbaycanda adlı-sanlı, güclü idmançıların olduğunu bildirib. Dünya və Olimpiya çempionu Elnur Məmmədli ilə tatami üzərində qarşılaşdığını xatırladan Almaniya idmançısı hazırlıq işləri ilə Berlində “1-ci Avropa Oyunları, “Bakı-2015”ə həsr olunmuş tədbirdə təşkil olunmuş fotosərgi vasitəsilə tanış olduğunu bildirmişdir: ”Həmin tədbirdə iştirak edənlər Azərbaycan, onun nailiyyətləri, idman sahəsində qazandığı uğurlar və birinci Avropa Oyunları haqqında geniş məlumat vermişdilər. Həmin gündən məndə bu yarışlara böyük maraq oyanıb. Mən Olimpiya Oyunlarında aldığım qızıl medala ilk Avropa Oyunlarının qızıl medalını da əlavə etmək istəyirəm”.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında