Valentin DENİSOV: Azərbaycanın bütün şəhər və rayonlarında güclü idman bazası yaradılıb

Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzi təşkilatın ərazisində Rusiya Komandası Evinin (Bakıda “Rusiya evi”) açılışına hazırlaşır. Bu barədə məlumatı Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi saytı yayıb. 

Məlumata əsasən, “Bakıda “Rusiya evi” iyunun 11-dən 28-dək səhər saat 9.00-dan 21.00-dək fəaliyyət göstərəcək”. 

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakıda “Rusiya evi”nin perspektivləri haqqında danışaraq bildirib: “Azərbaycan birinci Avropa Oyunlarını keçirmək hüququnu təsadüfi qazanmayıb. Ölkədə idmanın müxtəlif növləri fəal şəkildə inkişaf edir, güclü idman bazası yaradılıb, özü də belə bazalar təkcə Bakıda deyil, respublikanın bütün şəhər və rayonlarında mövcuddur. Mən inanıram ki, Azərbaycanda Avropa Oyunları Olimpiya oyunları səviyyəsində keçiriləcək”.

Məlumatda daha sonra bildirilir ki, bu gün Azərbaycanda çoxlu görkəmli idmançılar, Olimpiya və digər beynəlxalq idman tədbirlərinin iştirakçıları yaşayır. Onların hamısı ümid edirlər ki, Bakıda keçiriləcək Avropa Oyunlarına rusiyalı idmançı dostları da gələcəklər. Məhz Rusiya və Azərbaycan idman veteranlarının görüşü də “Rusiya evi”ndə keçiriləcək.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərə gələcəyini və birinci Avropa Oyunlarının açılışında iştirak edəcəyini təsdiq ediblər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında