Yüksək səviyyəli idman mübarizəsi ümdə vəzifəmizdir

“Bakının ev sahibliyi edəcəyi mötəbər tədbirdə yüksək səviyyəli idman mübarizəsi ümdə vəzifəmizdir”. Bu sözləri qəzetimizə yunan-Roma güləşi üzrə dünya kubokunun qalibi, dəfələrlə dünya, Avropa çempionatlarının gümüş, bürünc medallarını qazanan Elvin Mürsəliyev dedi.

Öz çəki dərərcəsində lider sayılan idmançı Avropa Oyunlarında imkanlarından maksimum istifadə etmək üçün bütün qüvvəsini səfərbər edəcəyini bildirdi: “Dünyanın ən qabaqcıl idman ölkələrindən biri olan Azərbaycana ilk Avropa Oyunlarını keçirmək etibar edilib. Belə bir mötəbər tədbirə ev sahibliyi edəcək bir ölkənin təmsilçisi olmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Bu vəzifənin ağırlığını çiyinlərimizdə hiss edirik. Bu il yunan-Roma güləşçilərimiz dünya kubokunu qazanmaqla tarixi qələbəyə imza atdılar. Artıq Avropa Oyunları ərəfəsindəyik. İdmançılarımız ilk Avropa Oyunlarında tarix yazmaq şansından bəhrələnmək üçün məşqlərini davam etdirirlər. Bu mötəbər yarışlarda yüksək nəticələr əldə etmək üçün var qüvvəmlə çalışacağam”.

Qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında