Yanuş KOZEL: I Avropa Oyunları Azərbaycan gerçəkliyini dünyaya çatdırmaq üçün əlverişli fürsətdir

Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Artıq bir sıra ölkələrin idmançıları Azərbaycana yola düşməyə hazırdır.

 Bu möhtəşəm idman yarışmasında iştirak edəcək komandaların rəhbərləri, həmin ölkələrin dövlət rəsmiləri Bakıda yüksək səviyyəli hazırlıq işlərinin aparılmasından tam məlumatlıdırlar. Bunu mütəmadi olaraq yayılan bəyanatlar, Avropanın və dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələr də təsdiqləyir.

Polşa idmançıları  I Avropa Oyunları qabağı son hazırlıq məşqlərini edirlər. Bu barədə məlumat verən Krakov şəhəri merinin idman məsələləri üzrə müşaviri Yanuş Kozel deyib ki, Polşada bu yarışmaya böyük maraq var. I Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən polyak dilində hazırlanmış açıqcalar və Azərbaycan-polyak dillərində hazırlanmış danışıq kitabçaları yerli əhali arasında paylanılmışdır.

Y.Kozel I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək deyib: “Bu, Azərbaycan üçün çox böyük etimaddır. İlk Avropa Oyunları Azərbaycan gerçəkliyini, onun  tərəqqisini,  imkanlarını, sürətli inkişafını, eyni zamanda qısa bir müddətdə yaradılmış möhtəşəm idman qurğularını dünyaya göstərmək üçün əlverişli fürsətdir. Eyni zamanda, Azərbaycan bu imkandan istifadə edərək qədim tarixini, zəngin mədəniyyətini və milli sərvətlərini də nümayiş etdirəcəkdir”.

Polşa rəsmisi idman oyunlarının insanların, xüsusən də gənclərin, ölkələrin yaxınlaşması və bir-biri ilə sıx əməkdaşlıq qurmaq baxımından yaxşı vasitə olduğunu da bildirib.

Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında