Azərbaycanın bütün gözəlliyini və inkişafını göstərmək üçün əla imkan

Birtinci Avropa Oyunları Azərbaycanın bütün gözəlliyini və inkişafını göstərmək üçün əla imkandır. Bunu “Azernews” qəzetinə müsahibəsində Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Avropa Oyunları kimi iri tədbirin təşkili üçün çox əmək sərf edib: “İndi nail olduğunuzdan zövq almağınızın vaxtıdır. Biz açılış mərasimini səbirsizliklə gözləyirik. Oyunlar üçün xüsusi yaradılmış yeni tikililərə heyran qalırıq”.

Səfir qeyd edib ki, Bakı həmişə gözəl şəhər olub, indi isə yeni gözəlliyə qovuşub: “Bunu Oyunlara görə xoşbəxt olan və fəxr edən əhalinin parlayan gözlərindən görmək olar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında