İlya SOBOLEV: Bakı bütün rekordları yeniləməyə hazırdır

“Olimpiya Oyunlarına hazırlıq dövrü standart olaraq yeddi il müəyyən edilir. Ancaq Bakı, deyəsən, ağla gələn və gəlməyən bütün rekordları yeniləməyə hazırdır. Azərbaycan cəmi iki ildə birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək üçün lazım olan bütün işləri  reallaşdırmağa nail olub”.  Bu fikirləri “Rossiyskaya qazeta”dan oxuyuruq.

Məqalənin müəllifi İlya Sobolev yazır ki, Bakının əvvəlki adlarından biri “Küləklər şəhəri” olub. Ancaq indi bu şəhərdə küləyin istiqamətinin dəyişilməsi daha aydın hiss olunur. Azərbaycan paytaxtında xeyli müddət olmayanlar indi oranı tanımazlar. Şüşələrlə üzlənmiş, sanki Xəzərin üstündən asılmış kimi görünən  göydələnlər Nyu-York görüntülərini xatırladır. Bütün bunları qeyd edən müəllif  Bakı təəssüratlarını   “Cəmi iki ilə stadion”,  “İdman konsert verəcək” (açılış və bağlanış mərasimləri üçün hazırlanmış şoular nəzərdə tutulur), “Qonaqpərvərliyi öyrənmirlər, insanın canında olur”,  “Olimpiya standartlarında” və başqa yarımsərlövhələr altında ustalıqla cəmləşdirib.

Müəllif 20 hektardan artıq ərazini əhatə edən Bakı Atıcılıq Mərkəzi haqqında qeydlərini də bu möhtəşəm idman qurğusunun baş meneceri, avstraliyalı Uorren Naytanın fikirlərinə də istinad edir:  “Mən üç Olimpiya Oyunlarının hazırlıqlarında iştirak etmişəm. Ancaq ömrümdə, heç bir ölkədə  bu Atıcılıq Mərkəzinin analoqunu görməmişəm. İstisna etmirəm ki, bu Atıcılıq Mərkəzi dünyanın ən böyük analoji  idman qurğusudur”.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında