Basketbol 3x3 komandası

Azərbaycanın bu komandasının klassik basketboldan fərqli olaraq, meydanda üç nəfərin üç nəfərə qarşı oynadığı görüşlərdə beynəlxalq yarışlar təcrübəsi hələ az olsa da, hər halda, onun tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının medalları uğrunda mübarizədə böyük iradə və əzmkarlıq nümayiş etdirəcəyi şübhə doğurmur.

“Doğma divarlar” arasında belə məsul yarışda azarkeşləri inamlı oyun və qələbələrlə sevindirmək isə əzmkarlığa görə ən yaxşı mükafat ola bilər.

Turnirin on altı iştirakçısı ilkin mərhələdə dörd qrupa bölünmüşdür. Həmyerlilərimiz Andorra, Çexiya və İsveçrə komandaları ilə birlikdə “D” qrupunda çıxış edəcəklər. Bu mərhələdə qarşıda duran məqsəd qrupda uğurla çıxış etmək və pley-off  görüşlərinə vəsiqə qazanmaqdır.

Azərbaycan basketbolçularının baş məşqçisi, təcrübəli mütəxəssis Elxan Əliyev yetirmələri Fuad Niftəliyev, Amil Həmzəyev və onların komanda yoldaşlarını qarşıdakı çətin görüşlərə səylə hazırlaşdırır. Güman etmək olar ki, gərgin təlim-məşq toplanışlarında çəkilən zəhmət hədər getməyəcək.

Dörd gün davam edəcək turnirə iyunun 23-də start veriləcək. Qaliblər və mükafatçılar isə medalları və təbrikləri iyunun  26-da həlledici görüşlərdən sonra qəbul edəcəklər. Çox istərdik ki, ilk Avropa Oyunlarının ən yaxşı komandalarının mükafatlandırılması mərasimində Azərbaycan komandasını da alqışlayaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında