“Bakı-2015”-də iştirak edəcək Ukrayna komandasına yeddi Olimpiya çempionu daxildir

Ukrayna Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Bakıda birinci Avropa Oyunlarında iştirak edəcək yığma komandanın heyətini təsdiq etmişdir. Siyahıya 243 idmançı daxildir. Onlar yüngül atletika istisna olmaqla qalan 19 növdə çıxış edəcəklər.

Ölkənin kütləvi informasiya vasitələrinin bu barədə yaydığı xəbərdə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın MOK-un iclasında söylədiyi bir fikir də xatırladılır. O demişdir ki, Ukrayna Avropanın idman aləmində böyük, tarixi hadisənin bir hissəsi olacaq. Bu, bizi sevindirir. Avropa Oyunlarında ölkəmizi güclü komanda təmsil edəcək.

“Bakı-2015" birinci Avropa Oyunlarında Ukrayna komandasına yeddi Olimpiya çempionu başçılıq edəcək. Kamandan oxatmada Viktor Ruban, baydarka və kanoelərdə avarçəkmədə Yuri Ceban, stend atıcılığında Nikolay Milçev, qılıncoynatma yarışlarında Olqa Xarlan və Yana Şemyakina, habelə dünya çempionları Oleq Vernyayev (idman gimnastikası), Anna Rizatdinova (bədii gimnastika), sərbəst güləşdə Yuliya Tkaç və onların bir çox komanda yoldaşları Azərbaycan paytaxtında medallar uğrunda mübarizədə çox ciddi rəqiblər olacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında