“Rosbalt.ru”: Rusiyanın üç telekanalı “Bakı-2015”in bütün yarışlarını canlı yayımlayacaq

Saytın Azərbaycan paytaxtında birinci Avropa Oyunlarına ciddi  hazırlıq işlərinin getməsi  barədə  verdiyi  əhatəli məqalədə  bir neçə maraqlı məqamla rastlaşdıq.

Birincisi, rusiyalı həmkarlarımız ilk Avropa Oyunlarını 2015-ci ilin ən böyük idman hadisəsi adlandırırlar. İkincisi, müxbir yazır ki, Bakı rəhbərliyi  Avropa Oyunları  ərəfəsində idmançılar, turistlər və digər qonaqların rahatlığı üçün çoxsaylı yeni yolların istifadəyə verilməsinə çalışdığı müddətdə Rusiya bu ölkədən canlı yayımların verilməsi üçün hazırlıq işlərini başa çatdırır.

 Daha bir məqam. Xəbərdə oxuyuruq:  “Rusiyada yarışların gedişini dörd televiziya kanalı vasitəsilə izləmək mümkün olacaq. ”Rusiya-2" Federal Telekanalı  Oyunların açılış və bağlanış mərasimlərini, eləcə də, ən mühüm  yarışları canlı yayımlasa da, “Sport”, “Sport-1" və ”Boytsovski klub" telekanalları bütün oyunları ,  həm də tam həcmdə yayımlayacaq. Bu barədə razılaşma artıq imzalanmışdır".

Xəbərdə həmçinin bildirilir ki, Bakıya Rusiyadan ən yaxşı idmançılar və ən məşhur məşqçilərlə yanaşı,  çoxsaylı azarkeşlər ordusu da gedəcək ki, bu da rus idmançılarını daha böyük uğurlara ruhlandıracaq.

“İyun ayında Bakıda Avropa idmanının yeni səhifəsi açılacaq”- deyən rusiyalı həmkarlarımız əlavə edirlər ki, Azərbaycan  dövləti həmin səhifəni misilsiz təşkilatçılığı və azərbaycanlılara xas olan qonaqpərvərliyi ilə yaddaqalan edəcəkdir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında