Şahin İMRANOV: Azərbaycan dünyanın idman ailəsində öz layiqli yerini tutub

 “Bir neçə gündən sonra startı veriləcək birinci Avropa Oyunları dünya üçün əlamətdar hadisədir.

İlk Avropa Oyunlarının təşkilinin Bakıya həvalə edilməsi təsadüfi deyil. Azərbaycan dünyanın idman ailəsində öz layiqli yerini tutub. Qısa müddətdə belə bir mühüm əhəmiyyətli idman tədbirinin yüksək səviyyədə təşkili üçün böyük işlər görülüb. Oyunların keçiriləcəyi arenalarda olarkən qürur hissi keçirməyə bilmirsən. İki Olimpiya oyunlarında iştirak etmişəm. Əminəm ki, ilk Avropa Oyunları Olimpiya oyunları səviyyəsində keçiriləcək. Ölkəmizdə dünya, Avropa çempionatları, eləcə də başqa sahələrdə mötəbər tədbirlər təşkil edilib, bu sahədə zəngin təcrübəmiz var”, - bu sözləri qəzetimizə Pekin-2008-in bürünc mükafatçısı Şahin İmranov bildirdi.

Pekin Yay Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Qazaxıstan, Gürcüstan və Kuba boksçularına məharətlə qalib gələn, yarımfinal mərhələsində zədə səbəbindən fransalı rəqibinə məğlub olub, bürünc medalla kifayətlənən boksçumuz idmançılarımızdan yüksək nəticələr gözlədiyini dedi: “Son illər Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük qələbələri ilə diqqət çəkiblər. Qitənin ilk yarışlarında da onlardan gözəl nəticələr gözləyirik. İdmançılarımız bu oyunlara layiqli töhfələrini verməlidirlər”.

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında