Avropa Oyunlarının məşəli Göyçaya gətirilib

Mayın 21-də Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.

AZƏRTAC xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015" Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul etdi. Sonra yürüşə start verildi. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəldilər.

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, AZƏRTAC-ın müxbirinə deyib: “İlk Avropa Oyunları ölkəmizin növbəti uğurudur. Bu gün dünyada bir çox ölkələrin iqtisadi böhrandan ziyan çəkdiyi vaxtda Azərbaycanda bu mötəbər yarışın keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki böyük nüfuzundan xəbər verir. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük nailiyyətlər qazanırlar. Bu nailiyyətlərdə xüsusi payı olan Göyçay idmançıları son bir ildə yerli və beynəlxalq yarışlarda 100-dən çox qızıl, gümüş və bürünc medal qazanıblar. Eyni zamanda, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq oyadıb”.

Rayonun fəal gənci Əziz Əzimov isə təəssüratlarını bölüşərək bildirib: “Bakı-2015" ilk Avropa Oyunlarının məşəlinin Göyçayda qarşılanması bizləri  qürurlandırır. Oyunların məşəlinin ölkəmizin bir neçə şəhər və rayonundan keçərək Göyçaya gətirilməsi rayonumuzun tarixinə yazılacaq əlamətdar hadisədir. İnanıram ki, idmançılarımız bu mötəbər yarışlarda da uğur qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaqlar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında