Rusiyalı triatlonçu: Mənim üçün Bakıda Avropa Oyunları Olimpiya Oyunlarına bərabərdir

Bakıda Avropa Oyunlarında iştirak edəcək rusiyalı triatlonçuların liderləri bu ölkənin Milli Olimpiya Komitəsinin saytının əməkdaşlarına müsahibələr vermişlər. Həmin müsahibələrdən bəzi məqamları diqqətinizə çatdırırıq.

Aleksandra Razaryonova:

—Mənim üçün Bakıda Avropa Oyunları Olimpiya Oyunlarına bərabərdir, hətta daha çox maraq doğurur. Çünki bu idman hadisəsi tarixdə ilk dəfə baş verəcək. Çox istərdim ki, mükafatalayiq yer tutum. Təəssüf ki, indiyə qədər Bakıda olmamışam. Lakin Bakı mənim təsəvvürümdə sürətlə inkişaf edən, qeyri-adi dərəcədə gözəl təbiəti və zəngin tarixi olan şəhərdir. Açıq deyim ki, artıq gözləməyə səbrim çatmır, istəyirəm ki, nəhayət, Bakıya gedim. Kişi və qadınların yarışlarından sonra Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olmağa bir gün vaxtımız olacaq. Ümid edirəm ki, qələbədən sonra istirahət gününü gözəl əhvalda qarşılayacağıq.

Dmitri Polyanski:

—Yığmanın lideri kimi Bakıya yalnız qələbə arxasınca gedəcəyəm. İlk Avropa Oyunlarını tam hazırlıqla qarşılamaq üçün mayın sonunda Londonda keçiriləcək yarışa getməməyi qərara aldım. Bu mövsümdə qarşımda çox yüksək vəzifələr durur. Avropa Oyunları ilə yanaşı, irəlidə bizi dünya və Avropa çempionatları gözləyir. Bakıda startların bizim üçün prinsipial əhəmiyyəti var. İlk Avropa Oyunları ölkəmiz üçün çox vacibdir. Ümidvaram ki, azarkeşlərimizi medallarla sevindirə biləcəyik.

Yelena Danilova:

— Bakı startlarına hazırlıq sürətlə gedir. Medal uğrunda mübarizə aparacağam. Ciddi rəqiblərimiz çox olsa da, Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bakıda startlar, şübhəsiz, bu mövsümün ən mühüm yarışlarından biri olacaq. Dünya idman birliyində Avropa Oyunlarına böyük əhəmiyyət verilir. Azarkeşlərimizi məyus etməmək üçün əlimizdən gələni edəcəyik.

Hazırladı:

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında