Belaruslu məşqçi: Bakıda Avropa Oyunları nadir hadisə olacaq

Belarus Respublikasının kamandan oxatma üzrə yığma komandası öz ölkəsinin Bakıya, Avropa Oyunlarına gələcək nümayəndə heyətini birincilər sırasında yeni geyimlə təmin edib. Bu komanda son illər dünya və Avropa çempionatlarından medallarla qayıdır.

Yığmanın heyətinə Anton Prilepov, Pavel Dalidoviç, Aleksandr Lyaquşev, Anna Marusova, Yelena Tolkaç və Yekaterina Timofeyeva daxildirlər. Onları Oyunlara məşqçilər Sergey Pupkeviç və Valentina Kovalyova hazırlamışdırlar.

Belarus Milli Olimpiya Komitəsinin saytında verilmiş bu xəbərdə V.Kovalyovanın Bakıda startlarla bağlı düşüncələri də diqqətə çatdırılmışdır.

Məşqçi öz fikrini belə ifadə etmişdir:—Ümidvaram ki, bu geyim komandamıza uğur gətirəcək. Bakıda Avropa Oyunları nadir hadisə olacaq. Axı bu, birinci Oyunlardır. Bizim oxatanlar son illər qitə və dünya səviyyəsində özlərini yaxşı göstərmişlər. Lakin qarşıdakı turnir xüsusi yarışdır və sürprizlər çox olacaq. Belə ki, güclü külək təqdirində şərait asan olmayacaq. Bununla belə, yarışlar elə öz sürprizlərinə görə maraqlıdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında