Julian Pace BONELLO: Əminik ki, “Bakı-2015” bütün Avropa üçün çox uğurlu idman tədbiri olacaq

Malta Milli Olimpiya Komitəsinin (MMOK) prezidenti Julian Pace Bonello Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırıb.

–  Bildiyiniz kimi, ilk Avropa Oyunlarına bir aydan da az vaxt qalıb. Bakının ev sahibliyi edəcəyi bu tarixi idman tədbiri ilə bağlı fikirlərinizi bilmək istərdik.

–  Hesab edirəm ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə seçilməsi köhnə qitənin idman aləmi üçün önəmli hadisədir. Avropa Olimpiya Komitəsi (AOK) ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili, uzun müddət yaddaşlarda qalacaq bir idman bayramı olması və qürurla xatırlanacaq hadisəyə çevrilməsi üçün bütün zəruri amilləri nəzərə alaraq bunları reallaşdıra biləcək güclü bir təşkilatçı ölkə seçib. Bu, mühüm qərardır. Köhnə qitənin idman yarışlarının təşkili hamımızın çoxdankı arzusu idi. Azərbaycan ilə AOK-un sayəsində bu arzu artıq reallığa çevrilir.

–  “Bakı-2015"də iştirak edəcək Malta yığmasının hazırlığı hansı səviyyədədir? Atletləriniz idmanın hansı növləri üzrə mübarizə aparacaqlar?

–  MMOK “Bakı-2015" ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların hazırlığı ilə bağlı ciddi tədbirlər həyata keçirməkdədir. Bu yarışlarda Maltanı Dion Buhagiarın başçılığı ilə təxminən 80 nəfərdən ibarət geniş nümayəndə heyəti təmsil edəcək. İdmançılarımız idmanın əksər növləri üzrə ölkəmizi layiqincə təmsil etmək istiqamətində səylə çalışırlar və bu yarışlarda iştirak hüququ əldə etmək üçün bütün güclərini səfərbər edirlər. İdmançılarımız əsasən atletika, su polosu, badminton, velosiped, cüdo, atıcılıq, üzgüçülük və triatlon yarışlarında qüvvələrini sınayacaqlar. Ölkəmizi ”Bakı-2015"də təmsil edəcək idmançıların əksəriyyəti müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş atletlərdir. AOK və Azərbaycan tərəfindən ilk Avropa Oyunlarının böyük uğurla keçirilməsi üçün göstərilən səylər bizi də bu yarışlara ciddi hazırlaşmağa həvəsləndirir. Bu idman tədbirinə Yay Olimpiya Oyunları səviyyəsində hazırlaşırıq.

– Azərbaycanın ev sahibi ölkə kimi ilk Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?

– Mən Azərbaycana ötən ilin noyabrında AOK-un Baş Assambleyasına qatılmaq üçün səfər etdim. Bakıda yaradılan infrastruktur, ilk Avropa Oyunları üçün hazırlanmış idman obyektləri bizdə böyük təəssürat yaratdı. Əminik ki, “Bakı-2015" bütün Avropa üçün çox uğurlu bir idman tədbiri olacaq.

Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Valletta


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında