Vrotslavın meri: Azərbaycan tarixə birinci Avropa Oyunlarını keçirən ölkə kimi daxil olacaq

Bu sözləri Polşanın Vrotslav şəhərinin meri Rafal Dutkeviç Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Vrotslavın meri deyib: “Arzu edirəm ki, Avropa Oyunları müvəffəqiyyətlə keçsin və yaxşı nəticələr versin. Siz ölkənizin populyarlaşması baxımından udursunuz. Avropalılar Oyunların keçiriləcəyi günlərdə Azərbaycanı yaxından tanıyacaqlar və görəcəklər ki, Azərbaycan qitə miqyaslı tədbirlər təşkil edə bilən dostcanlı bir ölkədir. İnsanlar Azərbaycan haqqında çox şey öyrənəcəklər. Gələcəkdə hamı biləcək ki, birinci Avropa Oyunları Bakıda keçirilib. Hər işdə olduğu kimi, burada da birinci olmaq əhəmiyyətlidir. Məsələn, hamı bilir ki, Ayda birinci Nil Armstronq olub. Ayda olmuş digər insanları isə heç kəs xatırlamır. Bakı da birinci Avropa Oyunlarının vətəni olacaq. Bu cür ilk yarışların Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük bir şansdır”.

Şəhərin rəhbəri bildirib ki, Polşa KİV-lərində “Bakı-2015" ilk Avropa Oyunları haqqında çox informasiya verilir. Bu informasiya əsasən Avropa Oyunlarının keçirilməsi üçün yaradılan infrastruktur haqqındadır. Rafal Dutkeviç bütövlükdə Avropanın və dünyanın Azərbaycanla maraqlandığını söyləyib və bu marağın qorunub saxlamasının zəruriliyini vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında