İdman xəbərləri

Final Kiyevdə keçiriləcək
UEFA prezidenti Mişel Platini təşkilatın İcraiyyə Komitəsinin bu günlərdə Minskdə keçirilmiş iclasında bildirmişdir ki, 2012-ci ildə Polşa ilə Ukraynanın birgə təşkil edəcəkləri Avropa çempionatının final mərhələsinin ilk oyunu Varşavada, həlledici görüş isə iyulun 1-də Ukrayna paytaxında keçiriləcəkdir.
Bundan əlavə, yarımfinal matçlarının oynanılacağı şəhərlər də məlumdur. Yarımfinallardan biri Donetskdə, digəri Varşavada təşkil olunacaq.
Hələlik isə rəqiblər seçmə yarışlarında final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizəyə başlamışlar. Xatırladaq ki, Azərbaycan komandası bu turnir çərçivəsində ikinci oyununu oktyabrın 8-də Vyanada Avstriya yığmasına qarşı keçirəcəkdir. Həmin gün Türkiyə futbolçuları isə Berlində Almaniya komandasının qonağı olacaqlar.

{nl}

İstanbuldan sonra Tromsoda
Xantı-Mansiyskdə (Rusiya) 39-cu Ümumdünya Şahmat Olimpiadası artıq tarixə çevrilmişdir. Növbəti, 40-cı Olimpiadanın 2012-ci ildə İstanbulda keçiriləcəyi də şahmat aləminə çoxdan məlum idi.
İstanbuldan isə estafeti Norveçin Tromso şəhəri qəbul edəcəkdir. Bizim günlərin şahmat dahisi Maqnus Karlsenin vətəni bu hüququ Xantı-Mansiyskdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Baş Asambleyasının iclasında səs çoxluğu ilə qazanmışdır.
İstanbuldan sonra 2014-cü ildə 41-ci Ümumdünya Olimpiadasını keçirməyə iki iddiaçı olmuşdur - Tromso və Bolqarıstanın Albena şəhəri. Səsvermədə Tromso böyük üstünlüklə qalib gəlmişdir - 97:47.

{nl}

"Araz"ın rəqibləri kim olacaq?
Bu yaxınlarda Rumuniyada keçirilən futzal üzrə UEFA kuboku yarışlarının əsas seçmə mərhələsində hər üç rəqibinə qalib gələrək fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanmış Azərbaycan çempionu Naxçıvanın "Araz" komandasının elit mərhələsində qarşılaşacağı rəqiblər tezliklə məlum olacaq.
Oktyabrın 12-də atılacaq püşk bu mərhələdə 16 klubu dörd qrupa böləcəkdir. Qrupların qalibləri "Dördlər finalı"na vəsiqə qazanıb burada öz aralarında keçirəcəkləri görüşlərdə UEFA kubokunun sahibini müəyyənləşdirəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında