Cens Naymend KRİSTENSEN: Avropa Oyunları qitədə gənclər üçün yeni iş yerlərinin yaradılması imkanlarını artıracaq

Avropa Komissiyasının Təhsil və Mədəniyyət Departamenti baş direktorunun müavini Cens Naymend Kristensen hesab edir ki, hazırda Avropa qitəsində idmanın məzmunca yeniləşməsi, paralel olaraq kütləviləşməsi həyatın tələbidir. Sirr deyil ki, hazırda Avropa İttifaqına daxil olan ölkələr üçün də, qitənin digər dövlətləri üçün də gənclər arasında işsizlik problemi əsas sosial problemlərdən biri sayılır. Bu mənada, idman qitədə gənclər üçün yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər.

Yeri gəlmişkən, Cens Naymend Kristensen gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qitədə idmanın kütləviləşməsi istiqamətində mühüm əhəmiyyəti olacağına əmin olduğunu da vurgulayıb və Azərbaycanın birinci olaraq belə bir təşəbbüslə çıxış etməsini cəsarətli və düzgün addım adlandırıb. O, müvafiq Avropa qurumlarını bu mühüm tədbirin  uğurlu olması üçün öz vəzifələrinə məsuliyyətlə yanaşmağa çağırıb.

Sonda bildirək ki, Cens Naymend Kristensen Vaşinqton Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Uzun illərdir ki, Avropa Komissiyasının Təhsil və Mədəniyyət Departamentinin baş direktorunun müavini vəzifəsində çalışır. O, qitədə siyasi, iqtisadi sahələrlə yanaşı,  humanitar sahələrdə, o cümlədən idmanda inteqrasiya proseslərinin fəal təbliğatçılarından biri kimi tanınır.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında