Ek BUNTHA: Azərbaycan qonaqpərvər ölkədir

Birinci Avropa Oyunlarının təşkilinin gənc, müstəqil dövlət olan Azərbaycana etibar edilməsi  onun beynəlxalq aləmdə yüksək reytinqinin göstəricisidir.

İnanıram ki, Azərbaycan bu oyunlara da yüksək səviyyədə ev sahibliyi edəcək. Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Kamboca mədəniyyət və incəsənət nazirinin müavini Ek Buntha  söylədi.

Qonaq həmçinin ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğuladı: “Azərbaycan qonaqpərvər ölkədir. Düzdür, Kamboca Asiya qitəsində yerləşdiyinə görə, Asiya Oyunlarında iştirak edir və hazırda  o da Asiya Oyunlarına ev sahibliyi etməyə iddialıdır. Qeyd edim ki, azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Bunun mən hər yerdə, hətta taksidə də şahidi oldum.  Azərbaycanın birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi üçün bütün şəraiti və imkanları var. İnanıram ki, Avropa Oyunları uğurlu olacaq.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında