Rafiq Hüseynov, yunan-Roma güləşi üzrə Avropa çempionu, Dünya kubokunun sahibi, Heydər Əliyev qızıl Qran-pri turnirinin qalibi:

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizi yeni-yeni zəfərlərə səsləyəcək

Mən çox şadam ki, ilk Avropa Oyunları bizim ölkəmizdə keçirilir. “Baku-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz regionda lider dövlətdir və hər bir  çətinliyə, hər bir tədbirə həmişə hazırdır.

Bütün bunlar isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyi, apardığı məqsədyönlü, uğurlu  və düzgün siyasətin nəticəsidir. Elə bir sahə yoxdur ki, möhtərəm Prezidentimiz ora qayğı və diqqət göstərməsin. Bütün sahələr kimi idman və bədən tərbiyəsi, əhalinin sağlamlığı daim dövlət başçısının diqqət mərkəzindədir. Biz idmançılar da çalışırıq ki, ölkə rəhbərliyinin bizə göstərdiyi yüksək etimadı doğruldaq. Azərbaycanın üçrəngli bayrağını daim yüksəklərə qaldıraq.

İlk Avropa Oyunlarının keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri var. Məhz Heydər Əliyev Fondunun diqqət və qayğısı nəticəsində yeni nəsil idmançılar yetişir. İdman qurğuları və obyektləri təmir edilib və yeni idman qurğuları salınıb.

Mən əminəm ki, “Bakı-2015” möhtəşəm bir idman bayramına çevriləcək və idmançıların, bütün dünya  tamaşaçılarının və azarkeşlərin uzun zaman yaddaşından silinməyəcək.

Qəzənfər  QASIMOV,
“Xalq   qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında