“Kristal Hall”da parlamaq şansı

Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Avropa Oyunları tarixinə öz adını mükafatçılar sırasında yazdırmaq üçün yaxşı imkan qazanmışdır. Dünya və Avropa çempionatlarında layiqli rəqiblərdən biri kimi tanınan yığmamız “Bakı-2015”-də baş rollardan birini oynamağa iddialıdır.

Komandadan uğur gözləmək üçün ciddi əsas var. Voleybolçularımız kifayət qədər tərcrübəlidirlər və ustalıq səviyyələri yüksəkdir. Deməli, Natalya Məmmədova, Polina Rəhimova kimi oyunçuları olan kollektiv ona bəslənilən ümidləri doğrultmaq gücündədir.

Bu günlər qızlar həm Avropa Oyunlarına, həm də qitə çempionatının seçmə turnirində Slovakiya yığması ilə görüşlərə səylə hazırlaşırlar. Komandamız növbəti dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır. Məqsədə çatmaq üçün Slovakiyaya qarşı iki pley-off oyununun yekununda rəqibdən yaxşı nəticə göstərmək lazımdır. Bu görüşlərdən birincisi artıq mayın 23-də Bakıda keçiriləcəkdir.

Avropa Oyunlarına gəldikdə isə, voleybol ustalarının turnirinə iyunun 13-də “Kristal Hall”da start veriləcəkdir.  On iki komandanın iki qrupda mübarizə aparacağı ilkin mərhələdə yığmamızın  rəqibləri Rumıniya, Polşa, İtaliya, Belçika və Türkiyə komandaları olacaq. Həmyerlilərimiz turnirə iyunun 13-də rumınlara qarşı görüşlə başlayacaqlar. Qrup sınaqlarına iyunun 21-də yekun vurulacaqdır. Finişdə ilk dörd yeri tutan kollektivlər digər qrupun ən yaxşı dörd komandası ilə birlikdə mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Par-par parlayan “Kristal Hall”da Azərbaycan voleybolçuları medala layiq parlaq oyun göstərə biləcəklərmi? İyunun 28-ni gözləyək. Hər şey həmin gün  məlum olacaq.

Oqtay BAYRAMOV,“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında