Keti Teylor: Birinci Avropa Oyunları çox məsuliyyətli yarışmadır

I Avropa Oyunlarında dünyanın adlı-sanlı idmançılarının iştirakı bu yarışmanın gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir.

Dəfələrlə dünya çempionatlarının və Olimpiya Oyunlarının qaliblərinin ilk Avropa Oyunlarına ciddi hazırlaşmaları və ehtiyatla davranmaları yarışların çətin və gərgin olacağını bir daha təsdiqləyir. Qadınlar arasında dünyada ən yüksək titula malik irlandiyalı boksçu, Olimpiya və dünya çempionu Keti Teylor da bu məsuliyyəti hiss etdiyni açıqlayıb və ilk Avropa Oyunlarına ciddi hazırlaşdığını bildirib.

K.Teylor I Avropa Oyunlarının idman elçisi seçilib. O, bununla qürur duyduğunu bildirib. İrlandiyalı boksçu ona belə bir etimad göstərildiyindən sevindiyini bildirib. Boksçu qeyd edib ki, ilk Avropa Oyunlarına idman elçisi seçilməsi onun məsuliyyətini daha da artırıb: “İdman insanlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Mən də ümid edirəm ki, Bakıda özümə yeni dostlar tapacağam. Bu yarışmaya qızıl medal almaq ümidi ilə qatılmışam. Bu vaxta qədər aldığım 17 qızıl medala daha birini də əlavə etmək fikrindəyəm. Bu qızıl daha şərəfli olacaq. Çünki mən I Avropa Oyunlarının idman elçisiyəm”.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında