Jorge Kristovao birinci Avropa Oyunlarına yetişmək üçün israrlıdır

Portuqaliyalı velosipedçi Jorge Kristovao “Bakı-2015”-birinci Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik yolu 62 günə qət etməkdə israrlıdır.

Bu barədə Türkiyənin “FANATİK.com.tr” internet saytı məlumat yayıb.  Mənbənin məlumatına görə, aprelin 10- da Portuqaliyanın paytaxtı Lissabon şəhərindən yola düşən idmançı mayın 13- də Yunanıstan ərazisindən Türkiyəyə daxil olub. Qeyd edilir ki, Lissabon şəhərindən  6600 kilometrlik velotura çıxan J.Kristovao İspaniya, Fransa, Monako, İtaliya, Yunanistan sərhədlərini keçərək Türkiyəyə daxil olub və qardaş ölkənin Milli Olimpiya Komitəsini ziyarət edib. 53 yaşlı idmançı mayın 29- da Gürcüstana çatacağından əminliyini ifadə edib. Atlet Gürcüstandan Bakıyadək olan məsafəni isə iyunun 10 - dək qət etmək niyyətində olduğunu açıqlayıb.  J.Kristovao uzun məsafə qət etməkdə əsas məqsədinin keçdiyi ölkələrdə insanların diqqətini “Bakı-2015" - ilk  Avropa Oyunlarına cəlb etmək olduğunu bildirib.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında