“Kiyevtelefilm”in baş prodüsseri: Bakı qitənin yeni idman mərkəzinə çevrilir

Aleksey Belski hazırda “Kiyevtelefilm”in kreativ prodüsseridir. Əvvəllər uzun illər Ukraynanın əsas telekanallarından birində idman şərhçisi kimi çalışıb. Həm şərhçi, həm də prodüsser kimi böyük uğur qazandığı üçün ölkədə çox məşhurdur. Bakıda dəfələrlə olduğunu deyir, Vətənimiz haqda böyük sevgiylə danışır:

 – Bakıda, Xəzərin sahillərində ilk dəfə 2006-cı ildə olmuşam. O vaxt  televiziyada idman şərhçisi vəzifəsində çalışırdım və sizin ”Neftçi" və bizim “Dinamo” futbol klublarının veteranları arasında keçirilən görüşdən reportaj hazırlamalı idim. Mən həmin görüşdə Ukrayna komandasına, bizə göstərilən qonaqpərvərliyi Avropanın heç bir ölkəsində görməmişəm. Mən sizin qonaqpərvərliyiniz haqqında eşitmişdim və bunu gözləyirdim. Lakin azərbaycanlılar  öz mehribanlığı, qonağa göstərdiyi hörmətlə məni təəccübləndirə bildilər. Onlardan Ukrayna haqqında gözəl sözlər eşitmək çox qürurverici idi. O vaxtdan illər keçib, ancaq mən hələ də o səfərimi xoş hisslərlə xatırlayıram.  

Mən çox sevinirəm ki, tarixdə ilk Avropa Oyunları məhz sizin ölkənizdə keçiriləcək. Çünki gözəl Bakı ən yüksək səviyyəli turnirlərə ev sahibliyi etməyə layiqdir.  Çox az zaman ərzində, demək olar ki, mümkün etməyi bacarmaqla siz bunu sübut etdiniz. Cüzi vaxt ərzində bütün idman kompleksləri yenidən quruldu, sıfırdan nəhəng idman sarayları inşa edildi. Bakının necə sürətlə Avropanın yeni idman mərkəzinə çevrildiyini görmək heyranlıq doğurur.  Əminəm ki, Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəksiniz və bu möhtəşəm tədbir ilk anından sona kimi Avropa üçün əsl idman bayramı olacaq.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında