Durunda, Bayramova və qrup hərəkətləri komandası

“Bakı-2015” birinci Avropa Oyunlarının bədii gimnastika turnirində Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib.

Şəxsi yarışlarda Oyunların medalları uğrunda bu yaxınlarda Minskdə keçirilmiş Avropa çempionatında lentlə hərəkətlərdə bürünc mükafat qazanmış yığmamızın lideri Marina Durunda və perspektivli idmançı Ayşən Bayramova mübarizə aparacaqlar. Ayşən də Belarus Respublikasının paytaxtında qitə birinciliyinin iştirakçısı olmuşdur.

Bu iki gimnastla yanaşı, Azərbaycanın qrup hərəkətləri komandası da qarşıdakı startlara səylə hazırlaşır.

Hər cür şəraiti xarici ölkələrin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən Milli Gimnastika Arenasında bədii gimnastların yarışları iyunun 17-də başlanıb 21-də finişə çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında