Ukraynanın “Novyi Kanal” televiziyasının redaktoru: Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyi arzu edirəm

Birinci Avropa Oyunlarının açılışını təkcə idmançılar deyil, dünyanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistlər də səbirsizliklə gözləyirlər.

Onlardan biri də Ukraynalı həmkarım, “Novyi Kanal” televiziyasının redaktoru Yuliya İvançenkodur.  Yuliya bu möhtəşəm tədbirin Bakıda keçirilməsinin onun üçün həm də haqqında hər zaman xoş sözlər eşitdiyi Bakını və buranın sakinlərini tanımaq fürsəti olacağını deyir: “Azərbaycanda olmamışam. Lakin azərbaycanlılar və Bakı haqda çox eşitmişəm. Bu cür mötəbər tədbirə ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də yeni imkanlar deməkdir. Bakı planetin hər yerindən qonaqlar qəbul edəcək. Bu ölkəniz üçün  öz zəngin mədəniyyətini, milli adət-ənənələrini, müasir yaşam tərzini, nail olduğu inkişafı bütün dünyaya göstərmək üçün böyük şansdır. Oyunlardan sonra Azərbaycan daha çox tanınacaq. Bu da istər iqtisadi, istərsə də mədəni sahələrdə yeni əməkdaşlıqlara yol açacaq, həmçinin insanlar arasında dostluq münasibətlərini gücləndirəcək.

Hazırda Ukrayna çətin günlər yaşasa da  bizlər mübarizə aparırıq, yaşayırıq və inkişaf edirik. Belə ki, idmançılarımız Bakıya qələbə əzmiylə gedirlər. Mən də öz tərəfimdən onları dəstəkləyirəm, taleyüklü məqamlarda Ukraynanın yanında olan Bakıya isə ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyi arzu edirəm”.

Qeyd edək ki, Bakı Avropa Oyunlarında Ukrayna Olimpiya çempionlarının, dünya və Avropa kuboku sahiblərinin daxil olduğu  247 nəfərdən ibarət nəhəng idmançı heyəti ilə təmsil olunacaq.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında