Qədim oğuz diyarı Tovuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı

Birinci Avropa Oyunlarının məşəli mayın 19-da söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz  şəhərinə gətirildi. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək ilk Avropa Oyunlarının məşəl estafetini qarşıladılar.

AZƏRTAC xəbər verir ki, taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev Parkına gəldilər.

Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvando üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Rayonun fəal gənclərindən Rasim Qocayev fikrini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Mən çox xoşbəxtəm ki, belə bir tarixi hadisənin şahidi oluram. Azərbaycan artıq neçə illərdir öz yüksək inkişaf mərhələsini yaşayır, bir çox mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir”.

Tovuz şəhər sakini Zirəddin Əhmədov isə fikirlərini belə ifadə etdi: “Mən də bu möhtəşəm tədbirin ilk dəfə Azərbaycanda keçirilməsinə çox sevinirəm. Artıq bir neçə müddətdir ki, Oyunların məşəli ölkəmizi diyar-diyar gəzməkdədir. Qoy, dünyamız bu məşəlin şəfəqləri ilə işıqlansın. Tovuz düşmənlə sərhəddə yerləşir. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər birimizin ürəyincədir. Gün o gün olsun ki, bu məşəli Qarabağımızda alovlandıraq”.

Sonra respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı təqdim olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında