Dermot Henihan: Bu yarışın qalibi olmaq idmançılara şərəf gətirəcək

I Avropa Oyunlarının qalibi olmaq bütün iştirakçıların arzusudur. İlk dəfə keçirilən bu idman yarışması təkcə Avropanın deyil, dünyanın tanınmış idmançılarında da böyük maraq yaradıb.

İrlandiyanın Olimpiya Şurasının qərarına əsasən birinci Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibinə ölkənin ən tanınmış idmançıları cəlb edilib. Bu barədə məlumat verən nümayəndə heyətinin rəhbəri Dermot Henihan deyib ki, “Bakı-2015" yarışması çox şərəflidir. Ona görə də komandamızın üzvləri bu möhtəşəm yarışa çox ciddi hazırlaşırlar: “Biz bir neçə idmançımızın çempion olacağına inanırıq. İlk dəfə keçirilən Avropa Oyunlarında qalib olmaq şərəfdir. Bizdə olan məlumata görə Azərbaycan bu yarışlara cox ciddi hazırlıq işləri görüb. Ona görə də Bakıya yola düşəcəyimiz günü səbirsizliklə gözləyirirk. Bakıda  ən yaxşı bacarığımızı nümayiş etdirəcəyik”.

D.Henihan  komandanın tərkibində London Olimpiya Oyunlarında qızıl medal alan, dünya çempionu, altı dəfə Avropa və beş dəfə Avropa Birliyinin qalibi olan, ümumiyyətlə, 17 qızıl medal alan və hazırda boks üzrə qadınlar arasında dünyada ən çox titula malik Keti Teylor kimi idmançıların olmasını xatırladaraq bildirib ki, birinci Avropa Oyunları çox ciddi bir yarışmadır. Bu yarışın qalibi olmaq idmançılara şərəf gətirəcək.

İrlandiya nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, Keti Teylor, “Bakı-2015" Avropa Oyunlarının idman elçisidir.

Təqdim etdi:

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında