Ermənistandan Azərbaycana Avropa çempionu kimi qayıdan tatami ustası

Güngən-günə yaxınlaşan və açılış mərasimini həyəcanla gözlədiyimiz “Bakı-2015" birinci Avropa Oyunlarında ölkəmizin əsas medal ümidlərindən biri də cüdoçu Elmar Qasımovdur.

Olimpiyaqabağı il olan 2015-ci ilə layiqli qələbələrlə start verib gələn il Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün artıq kifayət qədər reytinq xalları toplamış Qasımov bu ilin arxada qalan aylarında bir daha öz sözünü demiş, Türkiyənin Samsun Şəhərində və Gürcüstan paytaxtı Tbilisidə “Qran-pri” turnirlərinin qızıl mükafatçısı olmuş, həmçinin bizim “Sərhədçi”də “Böyük dəbilqə” yarışının gümüş medalını qazanmışdır.

Tatami ustamızın idman nailiyyətləri haqqında danışarkən onun bir hünəri həmişə xüsusi qeyd olunur. Elmar altı il əvvəl, 2009-cu ilin sentyabrında Yerevanda keçirilmiş gənclər arasında Avropa çempionatında bütün rəqiblərinə inamla qalib gəlib 100 kq çəki dərəcəsində ən güclü olmuş, fəxri kürsünün zirvəsində yüksəlmiş, Ermənistandan Azərbaycana Avropa çempionatının qızıl medalı ilə qayıtmışdır. Belə qələbələr isə heç  vaxt unudulmur.

Qarşıda E.Qasımovu iyunun 25-28 - də yenidənqurma işlərindən sonra əsl memarlıq incilərindən birinə çevrilən Heydər Əliyev adına İdman Sarayında Avropa Oyunalarının çətin sınaqları gözləyir. Cüdoçumuz yenə də qızıl medal qazanmaq, ilk dəfə keçirilən Oyunların çempionu olmaq əzmindədir. Biz isə bu çempionluğun şahidi olmaq arzusu ilə yaşayırıq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında