Olimpiya çempionu Lyudmila ŞUBİNA: Bakı Avropa Oyunlarının tarixinə əbədi həkk olunacaq

“Doğma Bakının Avropa Oyunlarının vətəni seçilməsi Azərbaycan ictimaiyyətini qürurlandırdı. Bu xəbərə avropalılar bizdən az sevinmədilər.

 Dünyanın məhz ən sürətlə inkişaf edən ölkələrindən birinin bu mötəbər tədbirə ev sahibliyi etməsi öz oyunlarını ilk dəfə keçirəcək qitə üçün çox gözəl bir xəbər idi. Nəticə göz qabağındadır. Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq bu yarışların yay Olimpiya oyunları səviyyəsində keçiriləcəyinə zəmanət verir. Son illər bir-birinin ardınca ölkəmizdə reallaşan irimiqyaslı tədbirlərin yüksək təşkilatçılıq səviyyəsini qeyd edən beynəlxalq qurumların rəsmiləri Azərbaycanın bu sahədə zəngin təcrübə topladığını dönə-dönə etiraf ediblər,- bunu Olimpiya çempionumuz Lyudmila Şubina Avropa Oyunları ilə bağlı söhbəti zamanı dedi.

Tanınmış həndbolçu Bakının Avropa Oyunlarının şöhrətini daha da artıracağını qeyd etdi: “İlk Avropa Oyunlarının standartları müəyyənləşdirilib. Bakıdan sonra oyunlara ev sahibliyi edəcək şəhərin üzərinə böyük məsuliyyət düşür. Diqqət etsək görərik ki, ölkəmizə gələcək nümayəndə heyətlərinin tərkibində çox güclü idmançılar var. Bu, ilk qitə oyunlarına verilən yüksək qiymətin təzahürüdür. Avropanın ən gözəl şəhərlərindən biri olan Bakı Avropa Oyunlarının tarixinə əbədi yazılacaq”.

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında