Taekvondoçu dünya çempionu

Azərbaycan milli komandasının üzvü Radik İsayev birinci Avropa Oyunlarına qalan vaxt ərzində bu çox məsul yarışa hazırlığı daha yüksək əhval-ruhiyyə ilə davam etdirəcəkdir. Istedadlı taekvondoçumuz mayın 17-də Rusiyanın Çelyabinsk şəhərində başa çatmış dünya çempionatında özünü də, xalqımızı da qızıl medalla sevindirmişdir.

Dünya çempionu 87 kq-dək çəki dərəcəsində onu fəxri kürsünün zirvəsinə aparan yolda bütün beş rəqibinin öhdəsindən inamla gəlmişdir. İlkin mərhələdə banqladeşli və tayvanlı taekvondoçuları məğlubiyyətə uğradan İsayev dörddəbir finalda Fransa təmsilçisini məyus etmiş, yarımfinalda kubalı Rafael Kastilyo üzərində qələbə qazanmış, həlledici final görüşündə isə özbəkistanlı Cəsur Baykuziyevdən yüksək ustalıq nümayiş etdirərək öz çəki dərəcəsində dünya çempionu adı daşımağa layiq olduğunu məharətlə sübuta yetirmişdir.

Radik İsayev Çelyabinsk zəfərinədək də beynəlxalq meydanda bir çox mükafata sahib olmuş, Avropa çempionu adını da qazanmışdır. İndi isə o, doğma Bakıda Avropa Oyunlarında qalib olmağa və Rio-de-Janeyro-2016-ya aparan yolda özünün  reytinq xallarını daha da artırmağa çalışacaq.

Oqtay  BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında