“Bakı-2015”də Rusiyanın cüdo komandasına London Olimpiadasının mükafatçısı başçılıq edəcək

TASS-ın Rusiya Cüdo Federasiyasına istinadla yaydığı xəbərə görə, bu ölkənin Bakıda Avropa Oyunlarında iştirak edəcək tatami ustaları komandasının heyəti müəyyənləşdirilib. Komandaya 2012-ci ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İvan Nifontov (81 kq) başçılıq edəcək.

Rusiya yığmasının digər üzvlərindən Kirill Denisov (90 kq), Natalya Kuzyutina (52 kq) və İrina Zabludina da (57 kq) İngiltərə paytaxtında Olimpiadanın iştirakçısı olmuşlar. Azərbaycana səfərə hazırlaşan qalan rusiyalı cüdoçular da kifayət qədər təcrübəlidirlər.

Burada bir məqamı qeyd etmək yerinə düşər ki, Avropa Oyunlarından əvvəl cüdo ustaları Şotlandiyanın Qlazqo şəhərində qitə çempionatında “münasibətləri aydınlaşdırmalı” idilər. Lakin yarışa az qalmış Avropa çempionatının da “Bakı-2015” çərçivəsində keçirilməsi qərara alınmışdır. İndi qitənin ən yaxşı cüdoçuları ilk Avropa Oyunlarının və Avropa çempionatının medalları ilə yanaşı, Rio-de-Janeyro Olimpiadası-2016-ya reytinq xalları da qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında