“Bakı-2015” Azərbaycan idmanının növbəti zəfəri olacaq”

Azərbaycan Birinci Avropa Oyunlarına ciddi surətdə hazırlaşır. Yaxın günlərdə ölkəmiz möhtəşəm beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək.

Öncədən deyə bilərik ki, əslində, bu tədbirin ölkəmizdə keçirilməsi böyük  zəfərdir. Bundan əlavə, böyük imic, güclülük göstəricisidir. Əlli ölkədən 6 mindən çox idmançı Bakıya gələcək. Bu, əslində Azərbaycanın güclü, stabil ölkə olduğu anlamına gəlir. 

Hazırda Bakı biznes, turizm və idman sahələrində sürətlə regional mərkəzə çevrilməkdədir. Birinci Avropa Oyunları infrastrukturunun yaradılması,  dünya səviyyəli obyektlərin qısa müddətdə tikilib başa çatdırılması və digər məsələlər bizim bu möhtəşəm tədbirə ev sahibliyimizə qara yaxmaq istəyənlərə də tutarlı cavabdır. Çünki inkişafın, tərəqqinin mərkəzinə çevrilən ölkəmizin bütün bu uğurlarını görərək sanki özünü  görməzliyə vurmaq  bədxahlıq və riyakarlıqdır.

Həqiqi vətənpərvər insan belə böyük tədbirin öz Vətənində keçirilməsi ilə yalnız fəxr edə bilər. Həm də əsl idmançı üçün məkanın fərqi olmamalıdır. Yəni, idmançı peşəkarlığını sübut etmək üçün harada olursa -olsun öz evində olduğu kimi yarışmalıdır. Lakin bu da danılmaz faktdır ki, bu Oyunların Bakıda keçirilməsi idmançılarımız üçün əlavə stimuldur, ruh yüksəkliyidir.

Bu yarışlara bir sıra idman sahələri üzrə çoxsaylı atletlərimiz qatılacaq. İndidən bir nüansı dəqiq deyə bilərəm ki, ölkəmiz medalların sayına görə qabaqcıl yerlərdən birini tutacaq. Çünki bir idmançı kimi bizim hansı potensiala malik olduğumuzu yaxşı bilirəm. Bütün yarışlarda olduğu kimi, Azərbaycan idmançıları Avropa Oyunlarında da milli bayrağımızı yüksəklərə qaldıracaqlar.

Musa ABDULLAYEV,
Şərq döyüş növləri üzrə 8 qat dünya çempionu,
Kinqboks üzrə dünya kubokunun qalibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında