Belarus MOK-un vitse-prezidenti: Oyunlar bizim üçün qardaş ölkədə keçiriləcək

Bu günlərdə Belarus Milli Olimpiya Komitəsində iyunun 12-də Bakıda başlanacaq birinci Avropa Oyunlarına həsr edilən mətbuat konfransı keçirilmişdir.

Konfransda Belarus MOK-un vitse-prezidenti Maksim Rıjenkovun çıxışında səsləndirilən bir fikir onun ölkəsinin Avropa Oyunlarına verdiyi əhəmiyyəti və bu yarışların keçiriləcəyi Azərbaycana xüsusi dostluq münasibətini bir daha aydın ifadə edir.

BELTA-nın mətbuat konfransı barədə yaydığı xəbərdə M.Rıjenkov demişdir: “Qeyd etmək fərəhlidir ki, Avropa Oyunlarının  təşkili ideyası 2011-ci ildə Avropa Olimpiya komitələrinin Minskdə keçirilmiş iclasında irəli sürülüb. Belarus Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko bu ideyanı dəstəkləyib. Oyunlar bizim üçün qardaş ölkədə keçiriləcək və atletlərimizin Bakıda uğurlu çıxışlarına ciddi ümid edirik”.

Xatırladaq ki, Belarus Republikası Bakıda 153 idmançı ilə təmsil olunacaq. O ölkənin idman mütəxəssislərinin proqnozlarına görə, onlar 35 medal qazana bilərlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında