İkiqat Olimpiya çempionu İlqar MƏMMƏDOV: Azərbaycan dünyaya öz idman potensialını hələ nümayiş etdirəcək

İki dəfə Olimpiya, dünya, 4 dəfə Avropa çempionu, hazırda Rusiya yığmasının baş məşqçisi vəzifəsində çalışan həmyerlimiz İlqar Məmmədov bir neçə gündən sonra Bakıya gələcək.

I Avropa Oyunları ilə bağlı fikirlərini qəzetimizlə bölüşən əfsanəvi qılıncoynadan doğma Bakının belə bir mötəbər yarışa ev sahibliyi etməsindən qürur duyduğunu dedi. Azərbaycanda böyük idmanın və bədən tərbiyəsinin problemlərinin dövlət siyasətinin öncül istiqamətlərindən birinə çevrildiyini, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəlməsi ilə idman təşkilatlarının fəaliyyətinin yeni vüsət aldığını, bütövlükdə idman sahəsinin sürətlə inkişaf etdiyini vurğulayan məşhur idmançı qısa müddət ərzində qazanılmış nailiyyətlərin hər bir azərbaycanlı üçün qürurverici hal olduğunu qeyd etdi.

Azərbaycan idmanının çox böyük perspektivi olduğunu bildirən dünyaşöhrətli idmançı “İdmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini nəzərə alsaq, Azərbaycan dünyaya öz idman potensialını hələ nümayiş etdirəcəkdir”, - deyə əminliklə bildirdi.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında