Belçikalı velosipedçi: Bakıda yaxşı nəticə göstərmək istəyirəm

Birinci Avropa Oyunlarının velosipedsürmə yarışlarında Belçikanı kişilərdən ibarət komandada təmsil edəcək gənc idmançı Tiesj Benoot qarşıdakı startlara böyük ümidlər bəsləyir. PezCylingnenews saytının yaydığı məlumata görə, hazırda Tuskanoda məşq düşərgəsində olan Benoot Bakı-2015-in iştirakçısı olacağına  sevincini gizlətmir.

  İki il bundan əvvəl  yüksək səviyyədə təşkil edilən  Azərbaycan turundan xoş təəssürat almış  velosipedçi paytaxtımızda keçiriləcək yarışlara hazırlıq haqqında danışarkən belə deyib: “Əlbəttə,  hər şey peloton yarışlarından asılı olacaq. Komandamızda altı velosipedçi var. Bakıda yaxşı nəticə göstərmək istəyirəm, ancaq buna nail ola bilib-bilməyəcəyimi hələ  dəqiq  deyə bilmərəm. Mənim rolum komandamızın taktikasından asılı olacaq. Avropa Oyunlarında medal qazanmaq  fantastik hadisə olar. Mən hazırda Tuskanoda məşq düşərgəsindəyəm. İstirahət dövründən sonra  ilk yarışım Picardie turu olacaq. Belçika turunda öndə olmaq istəyirəm.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında