Rivo VESİK: Xəzərin qumlu sahillərində çimərlik voleybolu yarışlarında iştirak etməyin zövqü başqadır

Estoniyanın çimərlik voleybolu üzrə milli komandasının kapitanı Rivo Vesik Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qatılacağından çox məmnun olduğunu bildirib. Deyib ki, “komandamızın təcrübəsi, qələbə əzmi, əlbəttə, idman uğuru bizə ən yüksək nəticələrə nail olmağa imkan yaradacaq”.

 Estoniyalı idmançı Azərbaycan paytaxtına böyük həvəslə yola düşəcəyini vurğulayıb. R.Vesikin sözlərinə görə, “gözəl Xəzərin qumlu sahillərində çimərlik voleybolu üzrə yarışlarda iştirak etməyin zövqü bir başqadır”. 

Xatırladaq ki, Rivo Vesikin kapitanı olduğu Estoniya çimərlik voleybolu üzrə milli komandasının bir sıra  uğurları da var. 2005-ci ildə Berlində keçirilən dünya çempionatında estonlar beşinci yeri tutmuş, iki il sonra İspaniyanın Valensiya şəhərində baş tutmuş Avropa çempionatında isə dördüncü olmuşlar.

 Estoniyanın həyatında idman vacib yer tutur. Belə ki, Estoniya müstəqil dövlət olaraq hələ 1920-ci ildə ilk dəfə Yay Olimpiadasında iştirak etmiş, 1940-cı ildə  Sovet qoşunları tərəfindən işğal olunanadək ölkə idmançıları bütün yay və qış olimpiadalarında iştirak etmişlər. Yeri gəlmişkən, 1980-ci ildə Moskva Yay Olimpiadasında yelkənli qayıqsürmə üzrə yarışlar məhz Tallinndə keçirilmişdir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında