Olimpiya çempionu Zemfira MEFTAHƏTDİNOVA: Avropa Oyunlarının vətəni Bakıda hədəfimiz “zirvə”dir

 “Artıq bir neçə həftədən sonra doğma Bakı əziz qonaqlarımızı - minlərlə avropalını öz qoynuna alacaq. Əslində, bütün dünya  I Avropa Oyunlarını izləməyə öz “elçi”lərini göndərəcək, kainatın ürəyi bu tarixi hadisənin baş verdiyi məkanla döyünəcək. Qədim Bakı bütün əzəməti ilə oyunların möhtəşəmliyinə yeni rəng qatacaq".

Bu sözləri söyləyərkən Olimpiya çempionunun baxışları lap uzaqlarda dolaşdı: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə böyük bir məsafə qət etmişik. Əvvəllər yarışlara gedəndə müxtəlif ölkələrin inkişafını, idman infrastrukturunu görəndə qəribə hisslər keçirirdim. Xəyalən bunları doğma ölkəmizdə görürdüm. Bu gün Azərbaycanda Avropanın, dünyanın ən mötəbər tədbirlərini yüksək səviyyədə keçirmək üçün həyata keçirilən irimiqyaslı layihələri, nəhəng quruculuq işlərini, böyük bazaya malik idman infrastrukturunu görəndə qürur hissi keçirirəm. Ölkəmizdə gedən sürətli inkişafı beynəlxalq qurumların rəsmiləri dönə-dönə etiraf edirlər. Azərbaycan inkişaf sürətini artırdıqca dünyanı heyrətləndirməkdə davam edir”.

Dünyanın tanınmış snayperi I Avropa Oyunlarında idmançılarımızın uğurla çıxış edəcəyinə əmin olduğunu bildirdi: “Son Olimpiya oyunlarında parlaq qələbəmiz güclü idmançı nəslinin yetişdiyini bir daha sübut etdi. Eləcə də dünya, Avropa çempionatlarında yüksək nailiyyətlərimiz gələcəkdə qələbələrimizin daha çox olacağına geniş imkanlar açır. Qərinələr keçəcək, Bakı Avropa Oyunlarının Vətəni kimi tarixdə qalacaq. İlk Avropa Oyunlarına ev sahibliyi etmək missiyasını üzərinə götürmüş qüdrətli Azərbaycan təmsilçiləri ən inkişaf etmiş ölkələrin idmançılarını belə geridə qoymaq üçün böyük səy göstərməlidirlər. Avropa Oyunlarının Vətəni Bakıda hədəfimiz ”zirvə"dir".

Söhbəti yazdı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında