“Alovqoruyanlar”ın yürüşü

“Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşünü təşkil edib.

AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş parkın Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.

BAOƏK-un könüllülərlə iş departamentinin mütəxəssisi Vüsal Bağırov deyib ki, tədbirin məqsədi könüllülərin komanda işinin təşkili, birlikdə işləmək bacarıqlarının yoxlanılması, həmçinin könüllülərin və ölkəmizin “Bakı-2015" Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Bu yürüş könüllülər üçün təşkil olunan son tədbirdir. Könüllülərin Avropa Oyunlarının keçiriləcəyi yarış məkanlarını yaxından tanımasını istərdik. Avropa Oyunlarında minlərlə könüllü iştirak edəcək. Bu yarış həm də könüllülərin Avropa Oyunlarına tam hazır olduğunu göstərir. Azərbaycan artıq Avropa Oyunlarında tarix yazmağa hazırdır.

“Bakı-2015"-in könüllülər departamentinin baş meneceri Anna Poronik qalibləri təbrik edərək deyib ki, Avropa Oyunlarının başlanmasına 32 gün qalıb və könüllülərin çoxu təlimlərdə iştirak ediblər: “Biz bundan sonra da yarışların keçiriləcəyi məkanlarda könüllülərlə birgə işləməyə davam edəcəyik”.

Yarışın qalibləri Avropa Oyunlarının açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub.

Qeyd edək ki, “Bakı-2015" birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda idmanın 20 növü üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir.

Birinci Avropa Oyunlarına 12 mindən çox könüllü cəlb ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında