Akif Əliyev: Oyunların ölkəmizdə keçirilməsi bizə əlavə stimul verəcək

Xaçmaz Olimpiya Kompleksində Yunan-Roma güləşi üzrə yığma komandanın təlim – məşqləri davam edir. Avropa Oyunlarına hazırlıq məqsədi daşıyan təlim – məşqlərdə İran və Gürcüstandan dəvət olunan pəhləvanlar da iştirak edirlər.

Yığma komandanın məşqçisi Akif Əliyev medal ümidlərimiz olan güləşçilərin hərtərəfli hazırlıq keçmələri üçün yaradılmış şəraitdən danışdı və qeyd etdi ki, komandada yüksək ruh hökm sürür. Qədim “Odlar yurdu” Azərbaycanın bütün tarixi dövrlərdə güləşçiləri ilə fəxr etdiyini deyən məşqçi o zamanlar pəhləvanlarımızın çox vaxt respublikadan kənara çıxa bilmədiklərini vurğuladı. “Müstəqillik illərində isə güləşçilərimizin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları nailiyyətlər dünyaya səs salıb. Bunu dünyanın ən mötəbər idman qurumlarının rəsmiləri də dönə-dönə etiraf edirlər. Diqqət etsək, paytaxtda, eləcə də bölgələrdə dünya standartlarına cavab verən idman infrastrukturunun nə qədər sürətlə qurulmasının şahidi olarıq. Təsadüfi deyil ki, yetişən güclü idmançı nəsli müstəqillik dövrünün yetirmələridir”, - deyə əlavə etdi.

Akif Əliyev ölkəmizdə bütün sahələrdə gedən hərtərəfli inkişafın qələbələrimizi şərtləndirən əsas amil olduğunu da qeyd etdi: “Yunan-Roma güləşi üzrə komandamız tarixdə ilk dəfə olaraq dünya kubokuna sahib oldu. Bu qələbə Azərbaycanda güclü, sağlam və vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi. Artıq idmançılarımız ən inkişaf etmiş dövlətlərin təmsilçiləri ilə döyüşlərdə belə üstünlüklərini nümayiş etdirirlər.  Çünki onlar artıq ən müasir üslubda qurulmuş idman qurğularında məşq edir, dünya standartlarına cavab verən təhsil müəssisələrində biliklərini artırır, hərtərəfli inkişaf etmiş sivil cəmiyyətdə tərbiyə olunurlar. Gənclərimiz güclü olmaqla yanaşı, həm də iradəli və vətənpərvərdirlər. Onların hər biri azərbaycanlı olması ilə qürur duyur. Bütün bunlar qələbəmizi şərtləndirən amillərdir. Mən əminəm ki, oyunların ölkəmizdə keçirilməsi bizə əlavə stimul verəcək. Bütün dünyanın səbirsizliklə gözlədiyi ilk Avropa Oyunları əsl idman bayramına çevriləcək”.

Söhbəti qələmə aldı:
Leyla Qurbanova,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında