İrina Viner - Usmanova: Birinci Avropa Oyunları bizim üçün Olimpiadaya bərabər olacaq

Sport.ru internet saytı xəbər verir ki, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner- Usmanova TASS-ın müxbiri ilə söhbətində  Bakıda keçiriləcək birinci  Avropa Oyunlarına  xüsusi önəm verdiyini bildirib.  O deyib ki, iyun ayında Bakıda Avropanın ən güclü bədii gimnastlarının hamısı təmsil olunacaq. Həmin idmançıların böyük əksəriyyəti  bütün dünyadakı həmkarları arasında lider mövqeyindədir. Ona görə də birinci Avropa Oyunları bizim üçün Olimpiadaya bərabər olacaq. Biz çalışmışıq ki, Bakıya gedəcək Rusiya yığması maksimum dərəcədə güclülərdən ibarət olsun.

Federasiya prezidenti əlavə edib ki, rusiyalı bədii gimnastlardan Marqarita Mamun, Yana Kudryavtseva və Aleksandra Soldatova  Bakıda ilk iki yer uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, Rusiya Olimpiya Komitəsinin rəsmiləri də Bakıya maksimum sayda medal üçün gələcəklərini bildirmişlər.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında