Olimpiya çempionu Fərid Mansurov: İdmançılarımızdan əsl qəhrəmanlıq nümunəsi gözləyirik

Olimpiya çempionu Fərid Mansurov İlk Avropa Oyunlarında idmançılarımızın çıxışları ilə bağlı fikirlərini bildirərkən belə dedi: “Qitənin ilk oyunlarında iştirak edəcək bütün idmançıları şanslı hesab edirəm. Artıq belə bir mötəbər turnirdə iştirakın özü böyük bir şərəfdir. İdmançılarımızdan əsl qəhrəmanlıq nümunəsi gözləyirik. Onlar nəzərə almalıdırlar ki, bu oyunların təşkilinin Bakıya həvalə edilməsi, Azərbaycan idmanına, bütövlükdə isə ölkəmizin sürətli inkişafına verilən yüksək qiymətin nəticəsidir”.

2010-cu il Bakıda keçirilən Avropa çempionatında ilk görüşdə çənəsi sınan, buna baxmayaraq ikinci görüşü güləşən və gərgin qarşılaşmada rəqibini məğlub edən Fərid Mansurovun elə yarışdan birbaşa əməliyyata aparılmasını yaxşı xatırlayırıq. İdman karyerası dövründə zədələrin çoxluğundan əziyyət çəkən, 13 dəfə əməliyyat olunan bu mübariz güləşçinin yarışlarda göstərdiyi əzmkarlıq bu gün güləşçilərimiz üçün örnəkdir.

Hazırda Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Olimpiya çempionumuz son illər yunan-Roma yığmamızın böyük qələbələr əldə etdiyini, Dünya kubokunun qalibi kimi adını tarixə yazdırdığını vurğuladı: - “Yığmamız Dünya kubokunun qalibi kimi adını tarixə yazdırdı. Qazanılan nailiyyətlərin yüksələn xətlə davamı yeni zirvələr fəth etmək arzusunu doğurur. Dövlətin daimi qayğısı nəticəsində son illər qurulan müasir idman infrastrukturu, idmançılarımız üçün yaradılan hərtərəfli şərait bu arzuların reallığa çevrilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda gələcək nəslin sağlam, vətənpərvər, güclü olması üçün görülən işlər yüksək sürətlə davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olmaqdan qürur duyuruq.

Əminik ki, doğma divarlar arasında, ev sahibliyi etdiyimiz ilk Avropa Oyunlarında pəhləvanlarımız xalqımıza sevinc bəxş edəcəklər.

Söhbəti qələmə aldı:

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında