Portuqaliyalı Corc Kristovao Lissabondan Bakıya velosipedlə yürüşünü davam etdirir

Bəlli olduğu kimi, bu il aprel ayının 10-da 53 yaşlı portuqaliyalı, istefada olan ordu zabiti Corc Kristovao Lissabondan velosipedlə Azərbaycan paytaxtına yürüş edir. O, ilk Avropa Oyunlarının açılış mərasimi gününə qədər  Bakıya çatmağı planlaşdırıb. Məlumat Avropa Olimpiya Komitəsinin internet saytında

yayımlanıb.

Cəsur portuqaliyalı Lissabondan  Xəzər sahillərinə qədər 6600 kilometr yol qət edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, Corc aprelin 10-da Lissabondan bu aksiyanı maliyyələşdirən Avropa Olimpiya Komitəsinin (AOK) Portuqaliya təşkilatının əməkdaşları və paytaxtın idman ictimaiyyəti tərəfindən yola salınıb.

 Həmin gün o, Bakıya məhz velosipedlə yola düşməsinin jurnalistlərə səbəblərini açıqlayarkən belə deyib:“İstəyirəm ki, mənim şəxsi nümunəm portuqaliyalı gənclərin idmana olan marağını bir qədər də artırsın. Həm də ilk Avropa Oyunları keçirmək kimi məsuliyyətli bir missiyanı öhdəsinə götürən Azərbaycan xalqına dərin ehtiramımı bildirmək istəyirəm.

 Portuqaliyalı velosipedçi artıq İspaniya, Fransa və Avstriyanın bir çox şəhər və kəndlərini arxada qoyaraq iki gün əvvəl “Əbədi şəhər”ə – İtaliyanın paytaxtı Romaya çatıb. Burada onu  AOK İtaliya təşkilatının rəsmiləri və idmançı gənclər   qarşılayıblar. AOK-un prezidenti cənab Partrik Hikkinin adından Corca Romada hədiyyələr də təqdim edilib.

 Dünən axşam Corc Kristovao İtaliyadan gəmi ilə Yunanıstana yola düşüb. O, qədim Elladanın küçələrində yenidən öz velosipedinin bir neçə gün “pedallarını fırladan”dan sonra qardaş Türkiyəyə, oradan Gürcüstana, iyun ayının əvvəllərində isə, nəhayət, Azərbaycana gəlməlidir.

Corc hansı yaşayış məntəqəsində olursa, orada ilk Avropa Oyunları, Bakı və azərbaycanlılar barədə məlumat verir. Hər yerdə Azərbaycan bayrağını başı üzərinə qaldırır. Qoy bütün yollar üzünə açıq olsun, Corc Kristovao! 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında