Rikardu Maşadu: Avropa Oyunlarında rəqabət çox yüksək olacaq

Portuqaliya Kanoe Federasiyasının vitse-prezidenti Rikardu Maşadu bildirib ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunları avqustda təşkil olunacaq Olimpiya təsnifat yarışlarına hazırlaşmaqda onların komandası üçün yaxşı imkan olacaq.

Bu barədə Portuqaliya mətbuatının yaydığı xəbərdə Maşadunun aşağıdakı fikri yer alıb: Bakıda Oyunlar bizim üçün yaxşı təcrübə olacaq. Belə ki, bu yarış tarixdə ilk dəfə keçiriləcək. Ona görə də rəqabət çox yüksək olacaq. Üstəlik də,  bu, ilin əsas hadisəsi-Olimpiya təsnifat yarışları qarşısında bizim üçün son sınaqdır.

Xatırladaq ki, Avropa Oyunlarında avarçəkmə yarışları Mingəçevirdə, “Kür” bazasında keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında