“Gücümüzü dünyaya bir daha nümayiş etdirəcəyik”

Özbəkistanda dünya çempionatında erməni rəqibini bürünc medal uğrunda döyüşdə 23 saniyəyə məğlub edib, əsgər salamı verən güləşçimizin jestini azarkeşlər yaxşı xatırlayırlar.

Hərbi xidmətdən yenicə qayıdan “Neftçi” İdman Klubunun yetirməsi Rəsul Çunayev KİV nümayəndələrinə “bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim” açıqlamasını vermişdi. Bu yarışdan sonra Dünya kubokunda qazandığı qızıl medal onun həm də mübariz və vətənpərvər olduğunu bir daha sübut etdi. Daha bir ciddi sınaq Avropa Oyunlarıdır. Gənc pəhləvan Bakıda keçiriləcək bu mötəbər yarışlarda yüksək səviyyədə çıxış etmək üçün ciddi çalışdığını dedi: “Gərgin məşqlərə davam edir. Qitənin ilk oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi bizdə elə xoş hisslər oyadıb ki... Düşünürəm bütün azərbaycanlılar bu gözəl idman bayramının doğma Bakımızda keçirilməsi ilə fəxr edirlər. Qüdrətli Azərbaycan tək idman sahəsində deyil, digər sahələrdə də inkişafı ilə beynəlxalq aləmdə sözünü deyib. Azərbaycan sabitliyin hökm sürdüyü sülhsevər, müxtəlif millətlərin birgə yaşadığı məkandır. Bu dəfə rəqiblərimiz həm də əziz qonaqlarımız olacaqlar. Ölkəmizə gələcək idmançılar, qonaqlar, turistlər sülh, dostluq, qardaşlığın bərqərar olduğu, gündən-günə gözəlləşən Vətənimizlə yaxından tanış olacaq, öz ölkələrinə Bakıdan gözəl təəssüratlar aparacaqlar. Biz oyunlarda əsl azərbaycanlı kimi mübarizə aparacaq – gücümüzü dünyaya bir daha nümayiş etdirəcəyik.

Söhbəti qələmə aldı:

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında