Olimpiya çempionu Elnur Məmmədli: İdmançılarımız ən yüksək nəticələr uğrunda mübarizə aparacaqlar!

– Bu gün Azərbaycanda idmanın inkişafı göz qabağındadır. Bu inkişafı inkar etmək reallıq hissindən uzaq olmaq deməkdir.

Fərdi idman növlərində isə Azərbaycan idmançıları daim xalqımızı sevindirmişlər. Güləşçilərimiz, cüdoçularımız, boksçularımız, karateçilərimiz, taekvondoçularımız  dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırmışlar. Bu baxımdan əminliklə deyə bilərik ki, bu yay Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında da idmançılarımız ölkəmizə ən yüksək nəticələr qazandıracaqlar. Çünki dövlətin idmana diqqət və qayğısı elə bir səviyyədədir ki, bu etimadı doğrultmamaq mümkün deyil.

Birinci Avropa Oyunlarının keçirildiyi məkan kimi Azərbaycan təsadüfən seçilməyib. Biz bunu öz inkişafımız və dünya standartlarına uyğun idman komplekslərini yaratmağımızla əldə etmişik. Dünyanın əsas idman qurumları bu fikirdədirlər ki, biz mötəbər yarışları ən yüksək səviyyədə keçirəcəyik. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan idmanına diqqət və qayğısının əyani sübutudur.  Dünyanın tanınmış idmançıları Bakıya gələcək. Bu oyunlar həm də Azərbaycanı tanıtmaq üçün gözəl imkandır. Bu fürsətdən istifadə etməliyik. Oyunları dünyanın,  xüsusən də Avropanın məşhur telekanalları yayımlayacaq. Bütün bunlar bizim idmanda qazanılan uğurumuzdur. Avropa ölkələrində yayımlanacaq telekanallarda ölkəmiz regionda stabil, nümunəvi dövlət kimi təqdim olunacaq. Əlbəttə, düşmənlərimiz bunu rahat həzm edə bilməyəcək. Amma onlar da bu reallıqla barışmağa məhkumdurlar. Ermənistanla Azərbaycanın fərqi bu oyunlarda bir daha bilinəcək.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında