Rusiyalı gimnast Yana Kudryavtseva: Avropa Oyunlarında qalib gəlsən, tarixdə qala bilərsən

Bu günlərdə Minskdə bədii gimnastika üzrə Avropa çempionatında birdən-birə dörd qızıl medal qazanmış (birini rəfiqələri Marqarita Mamun və Aleksandra Soldatova ilə komanda çoxnövçülüyündə, üçünü isə gürzlər, lent və topla ayrı-ayrı təmrinlərdə) rusiyalı Yana Kudryavtseva yarış başa çatdıqdan sonra öz ölkəsinin R-sport agentliyinə müsahibəsində deyib ki, “Bakı-2015"də də layiqincə çıxış etməyə çalışacağam.

Artıq səkkiz dəfə Avropa çempionu olmuş 17 yaşlı Yana müsahibəsində həmçinin aşağıdakıları bildirib:—Avropa Oyunları çox mühüm yarışdır. Axı bu Oyunlar birincidir. Əgər Avropa Oyunlarında çıxış etsən, tarixdə qala bilərsən. Mən ümidvaram ki, Bakıya gedəcək və orada uğurla çıxış edəcəyəm.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında