Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq

Artıq  38 gün sonra Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. Birinci Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir. Çünki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra belə böyük idman tədbirinə ev sahibliyi etməsini heç kim görməyib.

Bilirsiz ki, Avropa Olimpiya Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. Əvvəlcə özümüzə sula verməliyik ki, niyə məhz bizim ölkədə bu keçirilir ? Bunun bir sıra səbəbləri var. Niyə düşmən ölkə olan Ermənistan bu tipli beynəlxalq səviyyəli tədbirlərdən, yarışlardan kənarda qalmışdır. Əlbəttə, bunu düşünmək lazımdır. Bu gün ölkəmizin iqtisadi inkişafı, siyasi nüfuzunun genişlənməsi, idman uğurlarının artması Azərbaycana etimadı gücləndirib. Bizim xalqın tolerantlığı, alicənablığı dövlət siyasətimizdə də əksini tapmışdır. Bu baxımdan ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi əslində heç kimi təəccübləndirməməlidir. Çünki, biz bu münasibətə, hörmətə layiq olduğumuzu hər zaman sübut etmişik.

Düşmən Ermənistan isə öz radikal, işğalçı, təcavüzkar siyasəti ilə özünü təcrid etmişdir.

Bu oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik. Hər bir gənc bu məsələdə aktiv olmalıdır.

Qoy hər bir avropalı görsün ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. 

Bir vacib məqamı qeyd etmək  istəyirəm. Avropa Olimpiya Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığıa nəzər salsanız görərsiniz ki, Azərbaycandan fərqli olaraq bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərilərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar ölkəmizin güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi.   Həmin siyasət bu gün  möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu oyunlar nəinki idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq.

Adil ƏLİYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Kikboksinq
Federasiyasının prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında