"Bakı - 2015" birinci Avropa oyunları: Azərbaycan etimadı şərəflə doğruldacağ!

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin səyahəti davam edir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də  paytaxtdakı idman arenalarında,

9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 


 

 

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti:

2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi
birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul etmişdir.
Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq,
Avropada Oyunlar heç vaxt keçirilməmişdir.
Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən
göstərilmiş böyük etimad idi…
   Mən əminəm ki, bizim idman bayramlarımıza gələn
xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar.

 


 


Patrik HİKKİ
Avropa Olimpiya Komitəsinin prezidenti
:

Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını
Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim.
Təşkilat Komitəsi və “Bakı-2015" ilk Avropa oyunları Əməliyyat
Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün
27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində
görülmüş bu qədər işləri, hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik.
Əslində bütün Bakı heyəti, hətta oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.
Mən gözəl ölkənizi gəzib dolaşan “Bakı-2015" məşəlinin estafetini
izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm
ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq.


Bolqarıstanın sabiq Prezidenti: İlk Avropa Oyunları
Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır

Bu sözləri Trend-ə açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov demişdir. O, bildirmişdir ki, bu oyunlar Azərbaycanın inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün mühüm əhəmiyyət kəsb edir:

“Bolqarıstan da daxil olmaqla, dünyanın bir çox ölkəsindən on minlərlə insan Azərbaycana gələcək. Bundan əlavə, 100 milyonlarla insan televiziya vasitəsilə yarışları izləyəcək və Azərbaycanın gözəlliklərinin şahidi olacaq. Təbii ki, bütün bunlar Azərbaycana marağı xeyli artıracaq, çoxlu sayda turist Azərbaycana gəlmək istəyəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”.

Son illər ərzində bir neçə dəfə Azərbaycanda olduğunu deyən sabiq Prezident hər dəfə ölkədə inkişafın şahidi olduğunu diqqətə çatdırmışdır:

“Mən son 6-7 il ərzində bir neçə dəfə Azərbaycanda olmuşam. Doğrudan, hər dəfə gördüklərimdən təəccüblənmişəm. Azərbaycan çox işlər görür və hesab edirəm ki, sizin ölkəniz inkişaf edən ölkələr üçün bir nümunə olmalıdır”.

 

 


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında