Azərbaycan yenə Vyetnama qarşı

Qadın şahmatçılarımız kişi qrossmeysterlərimizin məğlubiyyətinin əvəzini çıxmaq üçün şans qazanmışlar.
Bu imkandan bacarıqla istifadə etmək bir də ona görə çox vacibdir ki, bizim qızlar Macarıstan yığmasını da məğlubiyyətə uğratmaqla Ümumdünya Şahmat Olimpiadasının son turu ərəfəsində turnir cədvəlində 10-cu pilləyə yüksəlmişlər. Ancaq bu da yarış iştirakçılarının reytinq siyahısında yalnız 26-cı olan komandamız üçün son hədd deyil. Qızların Olimpiadanı birinci beşlikdə başa vurmaq imkanı var. Hətta, deyəsən, bürünc medal variantlarını da götür-qoy etmək olar. Xantı-Mansiyskə (Rusiya) böyük ümidlərlə yola saldığımız kişi qrossmeysterlərimizin isə İtaliya ilə görüşdə gücü yalnız uduzulmaqda olan matçı xilas etməyə çatmışdır.
Azərbaycan-Macarıstan - 3:1.
Gülnar Məmmədova (2293) üçüncü taxtada Şidoniya Vajda (2342), Türkan Məmmədyarova (2301) ikinci masada İldiko Madl (2397) ilə heç-heçəyə razılaşdıqdan sonra komandamızın lideri Zeynəb Məmmədyarova (2234) Tranq Hoanqa (2482), dördüncü taxtada çıxış edən Nərgiz Umudova (2251) Anna Rudolfa (2366) qalib gəlmişlər.
Azərbaycan komandası növbəti qələbə sayəsində turnir cədvəlində 14 xalla onuncu pilləyə yüksəlmişdir. Yeddinci-doqquzuncu pillələrdə olan Kuba, ABŞ və Hindistanın da bir o qədər xalı var. Üçüncü-altıncı yerləri bölüşdürən Ukrayna, Gürcüstan, Rusiya 2 və Polşa 15 xal toplamışlar. Çin (16 xal) gümüş medallara çox yaxındır. On matçda 10 qələbə qazanan Rusiyanın birinci komandası isə Olimpiadanın çempionu olması münasibətilə artıq təbrikləri qəbul edir.
Bu gün sonuncu, 11-ci turda yüksək yerlərə iddialı komandaların iştirakı ilə keçiriləcək görüşləri də diqqətinizə çatdıraq: Rusiya 2 - Rusiya 1, Çin-Ukrayna, Polşa-Gürcüstan, Xorvatiya-Kuba, ABŞ-Hindistan, Almaniya-Bolqarıstan.
Finişdə Azərbaycan yığmasının rəqibi Vyetnamın da 14 xalı var və bu komanda əlavə göstəricilərə görə 12-ci yerdədir. Vyetnamla matçın bizim üçün necə prinsipial əhəmiyyət daşıdığını demək bəlkə də artıq olar. Əvvəla, birinci beşliyə aparan yol açıqdır. Ən güclü beş komanda sırasında olmaq isə böyük şərəfdir. İkincisi də, Zeynəb və Türkan Məmmədyarovalar, onların rəfiqələri bu matçda qələbə təqdirində Olimpiadanın hələ ikinci turunda Şəhriyarın və onun komanda yoldaşlarının Vyetnamla matçdakı məğlubiyyətinin əvəzini çıxa bilərlər.
Azərbaycan-İtaliya- 2:2.
Hamılıqla qələbə gözlədiyimiz oyunda yalnız heç-heçə. Məmmədyarovla Teymur Rəcəbov ilk iki taxtada öz görüşlərindən hərəyə yarım xalla ayrılmışlar, Qədir Hüseynov isə uduzmuşdur. Bundan sonra matçda heç olmasa bir xal qazanmaq üçün ümid qalırdı Eltac Səfərliyə. Komandamızın ən gənc iştirakçısı da bunu bacarmışdır. Sabino Brunello onun dəqiq gedişləri qarşısında məğlubiyyətlə barışmalı olmuşdur.
Son tur ərəfəsində ilk üç yeri Ukrayna (18), Rusiya 1 (17) və İsrail (16) komandaları tuturlar. Polşa, Macarıstan, Ermənistan, İspaniya və Fransanın 15, Rusiya 2, Çin və əlavə göstəricilərə görə 11-ci pillədə olan Azərbaycanın, habelə daha bir neçə komandanın 14 xalı var. Yığmamızın Olimpiadada son rəqibi Rusiyanın üçüncü komandası olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında