Olimpiya çempionu başda olmaqla

İrlandiya Milli Olimpiya Komitəsi Avropa Oyunlarında iştirak etmək üçün Bakıya göndərəcəyi idmançıların ilkin siyahısını elan etmişdir. Hələlik siyahıya 10 növdə mübarizə aparacaq 36 atletin adı daxildir. Ümumiyyətlə isə, İrlandiya komandasının Azərbaycan paytaxtında 13 növdə 63 idmançı ilə təmsil olunacağı gözlənilir.

Bu barədə məlumat verən baku-2015 saytında həmçinin bildirilir ki, İrlandiya yığmasında ən məşhur idmançı London Olimpiadası-2012-nin qadınlar arasında boks turnirinin qızıl mükafatçısı (60 kq çəki dərəcəsində), dəfələrlə dünya və Avropa çempionu Keti Teylordur. Qadın boksçular arasında ən çox titulu olan 28 yaşlı Keti həm də Avropa Oyunlarının idman səfiridir.

Adları ilkin siyahıya daxil edilmiş İrlandiya atletləri “Bakı-2015”də su idmanı növlərində daha çox – 13 idmançı ilə yarışacaqlar. Komandanın üzvləri həmçinin kamandan oxatma, basketbol (3x3), qadın boksu, cüdo, karate, atıcılıq, triatlon və sərbəst güləş turnirlərində starta çıxacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında